Slimfit
  1. ƏDƏBİYYAT

Mirzə Əli Möcüz - Bu necə əsridi?

Mirzə Əli Möcüz - Bu necə əsridi?
Sakura

Mirzə Əli Möcüz - Bu necə əsridi?

Yoxdu bir şәxs mәnim tәk meyә müştaq olsun.
Saqiya, ver, iki dünyadә üzün ağ olsun!
Vermәsәn millәtә mey, mail olar tiryakә,
Ver, әgәr istәmisәn xәlq qurumsaq olsun!
Meyi mәn şirәkeşә etdim hәlal, ey saqi,
Demә axunda, ver içsin, bәdәni çağ olsun!
Mey bәdәxlaq edәr insani-deyәrlәr, insan
Olmasın tәnbәlü biar, bәdәxlaq olsun!
Qәhvәdә şirә çәkәr şirәkeşi zәncirә,
Qoy o da kuçәdә çәksin, qәmә dustaq olsun!
Bәs deyilmi bu qәdәr, tabekey iranlıların,
Әşki-xunin ilә kirpiklәri islaq olsun?
Saqiya, Möcüzi-müştaqә o meydәn ver ki,
Abi-Kövsәr kimi xoştәm vә bәrraq olsun!
Qıldan incә olu-vaiz buyurur Puli-Sirat,
Şiәyi-bәdәmәlin vasiri xәllaq olsun!
Bir caket al mәnә, sat bu әrәbi paltarı,
Gәrәk orda kişi qırğı kimi qıvraq olsun.
Şirәkeşlik bizi qoymur çalışaq, ey naci,
İzn ver millәtә abuneyi-konyak olsun!
Baba dәrvişә dedim: Tut әlüvә bir pişә,
Tәbәri atdı hәvayә, dedi: Bu sağ olsun!
Aldı әmniyyә әlindәn tәbәri, kәşkuli,
Ağzının dadı gәrәk misli-sarımsaq olsun.
Bar-ilahi, sәn özün eylә kömәk dәrvişә,
Baba dәrviş necә bu qış günü sallaq olsun?
Bu necә әsridi, ya rәb ki, deyirlәr xәlqin
Kәllәsindә nә dürüyә, nә dә papaq olsun?!
Rәhm yox zәrrәcә qәlbindә o Sadıq xanın,
Görüm allah, әli şil, qıçları çolaq olsun!
Düryәmi eylәdi parә, başaçıq getdim evә,
Baxdı arvad dedi: Vah-vah! Hәzәr, irağ olsun!
Dedim: Ey hәmdәmi-can, qorxuram axir deyәlәr:
Nә qәrә çadirә, nә qırmızı başmaq olsun!
Qoyacaq başinә sәrpuşi-cәdidi hökmәn,
İstәr ol sahibi-baş hәzrәti Әshaq olsun!
Girәm hökm eylәdi dövlәt, fәqәt, ey lamәzhәb,
Necә әmniyyә axundun üzünә ağ olsun?
Dedim: Ey qönçәdәhan, qorxma, yıxılmaz dünya,
Qoy o da bir neçә gün xanәdә dustaq olsun!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhər əhalisi öldürülən azərbaycanlıların yanında. Bakı, 1918-ci il. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və Erməni Daşnak Partiyasından olan silahlı dəstələr tərəfindən 12

Redaktor seçimi

SON XƏBƏRLƏR