Slimfit
  1. ƏDƏBİYYAT

Mirzə Əli Möcüz - Bilmədim

Mirzə Əli Möcüz - Bilmədim
Sakura

Mirzə Əli Möcüz - Bilmədim

Bәndәni әfv eylәyә millәt gәrәk,
Mәbәdә-meyxanә dedim, bilmәdim,
Başini divarә vurub, sındıran
Aqilә-divanә dedim, bilmәdim.

Mәn nә bilim qarğa xoşavazmış?
Bayquşa bayquş demәk olmazmış!
Tәlx idi övqati-şәrifim bir az
Bayquş o heyvanә dedim, bilmәdim. 

Gördü filankәs yuxuda bir gecә
Qolboyun olmuş yatıri hur ilә.
Sәrxoş idim şireyi-әngur ilә,
Uyquya-әfsanә dedim, bilmәdim. 

Bığ vә sәqәl söhbәtin әldәn salın,
Eylәmәyin zümm o qızıl dişlәri,
Әsrimizә lazım olan işlәri
Öyrәdin oğlanә-dedim, bilmәdim. 

Düşmәni-din göydә gәzir quş kimi,
Mәbәdi viran edәcәkdir, әyil!
Kәs sәsüvi, başuva bir çarә qıl,
Qareyi-Quranә-dedim, bilmәdim. 

Görcәk әlindә qәzetә Cәfәrin,
Rәngi pozuldu, sırığı korladı,
Qeyzә gәlib bomba kimi gurladı,
Ağzına qorxanә-dedim, bilmәdim. 

Vizri, vәbalı, günәhi boynuma,
Mәşdi, canım ver pulunu aclara!
Peykәri üryanlara, möhtaclara
Getmә Xorasanә-dedim, bilmәdim. 

Hacı dadaş, salma özün zәhmәtә,
Ver o pulu millәti-bidövlәtә,
Kafәr әgәr borc verә bu millәtә,
Bәnd olar İranә-dedim, bilmәdim. 

Uymuş әcәb qәflәtә qardaşlarım,
Çorta gedib, sübhü mәsa yuxlayar.
Mәn elә bildim ki, o sir saxlayar,
Sirrimi qәlyanә-dedim, bilmәdim.

Atdı әlin qaimeyi-xәncәrә;
Durdu beş-on vurdu mәni-müztәrә.
Mәn elә bildim ki, o söz yaxşıdır,
Yatma-müsәlmanә dedim, bilmәdim. 

On iki il ağlamışıq müttәsil,
Bu günü bayramdı, gәlin bir gülәk.
Bәndeyi-bitәcrübeyi-kәmәqil
Bu sözü nadanә dedim,bilmәdim. 

Dosta deyәr dost xәtiyyatını
Ki, edә islah üyubbatını,
Dinü vәtәn düşmәni zәnn eylәdim,
Möcüzә biganә-dedim, bilmәdim.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir şəklin tarixçəsi - Heydər Əliyev: “Mən o kişinin işinə qarışa bilmərəm” – Şuşa, 29 iyul, 1982-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR