Slimfit
  1. ƏDƏBİYYAT

Mirzə Əli Möcüz - Bənzisən qızılgülə sən

Mirzə Əli Möcüz - Bənzisən qızılgülə sən
Sakura

Mirzə Əli Möcüz - Bənzisən qızılgülə sən

Sәni xuda yaradıb, dilbәra, deyib-gülәsәn,
Nәinki sallayasan qaşqabağuvi belә sәn!
Mәn aşiqәm sәnә, ey yar, әndәlib kimi,
Cәhәt odur ki, bala, bәnzisәn qızılgülә sәn.
Yaralı, xәstә kimi biqәrar olur könlüm,
Vuranda şanә, cәvanim, o zülfü kakilә sәn.
İlan vuran yatar әmma mәnim yuxum gәlmәz.
Nolur ki, rәhmә gәlib bir gecә bizә gәlәsәn!
Әgәr deyәm: Mәnә bir busә ver dodağından!
Deyәr: Günahdı, bu, vermәm, әgәrçi lap ölәsәn!
Sәnә namazi-cәmaәt yaraşmaz, ey dilbәr,
Firui-dini, qızım, çünki bilmisәn hәlә sәn,
Günah bir bu deyil, aç risalәni bax bir,
Hәzar heyf ki, sәn bisavadü cahilәsәn!
Xuda bahasına bir bistilik soğan vermәz,
Әgәr qiyamәtәdәk müttәsil namaz qılasan.
Mәnim dilimcә anan Fatmaya sәlam eylә,
Ki, xәlq ilә edisәn xeyli bәd müamilә sәn.
Bacayi inki deyә: "Lailahә illәllah!",
Kişisiz övrәtә söylәr ki: Әclaf, hamilәsәn!
Günorta vәxti gedir mәscidi-Bәrabә tәrәf,
Xala, mәnә de görüm, xәlqi salmısan әlә sәn?
Kimin cәsarәti var yan baxa sizin tәrәfә,
Әbәs yerә qoyusan, bacı, qapuva gilә sәn.
Nә eybi var, ola gәr "camә qәsbi, ca qәsbi".
Namaz vәqti keçir, qollaruvi çırmala sәn!
"Dodağın öp balamın!"-söylisәn mәni-zara,
Hәzar bar öpәrәm, burnunu әgәr silәsәn.
Necә qucağa alım mәn bu tifli-mәsumi,
Üzü-gözü qaralıb, soxmusan bunu külә sәn?
Alıb qucağına bir natәmiz uşaq, ey vay,
Çiçәk, amandı yetiş, bu uşağı pörtәlә sәn!
Gәnә gәlir Abacım naz ilә bizә mehman,
Gәl, indi ver bu kifir arvad ilә әl-әlә sәn!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir stolda ən çox yemək növü - Çinin Uxan şəhərində yeni il qeyd edərkən stolda fərqli 8146 yemək

Redaktor seçimi

SON XƏBƏRLƏR