Mirzə Əli Möcüz - Bayram gəlir
Eylә tәrәhhüm, xuda, bәndәyi-bidövlәtә,
Yoxdu tila kisәdә zad-mad alım külfәtә.
Mәn necә әlboş gedim xaneyi-viranimә,
Axiri-çәrşәnbәdir, mәn nә deyim övrәtә?
Az qalır axşam ola almamışam yağ, düyü,
Bir şahı da yox verәm, bircә dәnә kibritә.
Dönmәmәli xanәyә, çәkmәli dabanları,
Etmәli burdan fәrar, fatihә bu millәtә!
Söylәyin, ey nazәnin, sәdriyi-izzәt-qәrin,
Yeddi lövünü lәin atdı mәni qürbәtә.
Zәhr kimi danışar, hәr bir işә qarışar,
Görәsәn övrәtlәrin xeyri nәdir millәtә?
Bu qısacıq ömürlә, neylirәm mәn oğlanı,
O, para qazanınca mәn gedәrәm cәnnәtә.
Gәr çiçәk aparmıya, mәndәn sora sağ qala,
Yoxsul dәdәnin oğlu hәsrәt qalar rahәtә.
Әgәr oxuyub yazmaq nәsib ola oğluma,
Millәt söyәr goruma, әlә alsa qәzetә.
Yetimlә bazar dolu, bürәhnә qıçı-qolu,
Tumançaq Әliqulu xeyir vermәz dövlәtә.
Hәr gün ruzә, hәr gün çay, hәr gün: "Ey vay, acam, vay!".
"Ey vay" qarın doyurmaz, paltar olmaz ümmәtә.
Qulaq verin bir mәnә, bayramdır, ey hacılar,
Başı açıq bacılar möhtacdı bir çәrqәtә.
Gәr verilә hüququ, fәqir yaşar şah kimi,
İmanı yox ağalar doldururlar sәbәtә.
Cәm olluq bir yerdә çox, dünyalıq işimiz yox,
Söhbәtimiz tamamәn racedir axirәtә.
Alәmi-manyatimiz batil etdi hissini,
Millәti-biçarәni saldı xabi-qәflәtә.
Çağırıram nә qәdәr ayılmır bu biçarә,
Günәş çıxdı duvara, dur, gәlәsәn lәnәtә!
Sәhәr gәrәk tez duram, zad-mad alım bayrama,
Gecәnin nә vaxtıdı, bax bir görәk saәtә!
Bu il bayram bikarә saqiya, beş gün sora
Hilali-mahi-siyam görünәcәk ümmәtә.
Hәr il sizdәh günü eyş eylәr idik sәhrada,
Bu il bayram bikarә, saqiya, beş gün sora
Ağayi Naxçıvani bir söz deyim mәn sәnә,
Sizdәh günündәn kam al, özün salma zәhmәtә!
Gәr yoldaş istәyirsәn, hacı Mәhәmmәd Әli
Tәraş edir sәqqәli, inanmır qiyamәtә.
Nigaranam bir az mәn hacı Hüseyn ağadan.
O da mәn deyәn olsa, apar bәzmi-işrәtә!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət