Slimfit
  1. ƏDƏBİYYAT

Mirzə Əli Möcüz - Ay qız

Mirzə Əli Möcüz - Ay qız
Sakura

Mirzə Əli Möcüz - Ay qız

Qoydun qәdәm beş yaşına,
Qız, çadra saldın başına,
Bir namә yaz qardaşına,
Yollasın bir Quran sәnә. 

Getmә mәscidә Quran oxu,
Araxçın tik, corab toxu,
Yaxşı deyil günüz yuxu,
Gecәlәr yat, qurban sәnә. 

Ay qız, bir gün böyür boyun,
Nişanlı yollar bir qoyun,
Başıva gәlәr min oyun,
Toy eylәr çün anan sәnә. 

Әrin sәni duz tәk yalar,
Qolların boynuva salar.
Qaynanan saçların yolar,
Әr olsa mehriban sәnә. 

Әrin hacı Mәmmәdvәli,
Sәhәr gedәr, axşam gәli,
Baldızların olar dәli,
Alsa zәri tuman sәnә. 

O gün ki, olarsan gәbә,
Tәrpәşsә qarnunda bәbә,
Qaynanan gәlәr qәzәbә,
Dartdırar dәyirman sәnә. 

Duzunu çox salar әtin,
Atar boynuna övrәtin,
Artar qәmin, kәsalәtin,
Әr çün deyәr yaman sәnә. 

Xanım nәnә, yavaş-yavaş
Bir gün deyәr bunu: dadaş,
Yeyәr hәr gün sәkkiz lavaş,
Әrin olar düşman sәnә. 

Qız olsa doğduğun uşaq,
Nә bal verәr, nә qayğanaq,
Yarma şilәsi bir çanaq
Yedirdәr qaynanan sәnә. 

Görsәn ağzın olur acı.
Qaşqabağın salır bacı.
Sifariş et gәlsin falçı,
Desin beş-on yalan sәnә. 

Tası qurar deyәr: Gәlin,
Beş qran ver, bir dә yәlin,
Bağlayım cinnәrin әlin,
Yetirmәsin ziyan sәnә! 

Baldızların sәhәr çağı
Üstüvә sürtәr qurd yağı.
Pulun yoxdur, sat qolbağı,
Gәtir, edim dәrman sәnә!

Satarsan qolbağı-zadı,
Tükәz bacı eylәr cadı.
Bilәr әrün, çәkәr dadi,
Şirin olmaz oğlan sәnә.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1989-cu ildə üç rəngli bayrağımız ilk dəfə Gəncə Şəhər İcra Hakimiyyəti binasının üzərində dalğalanmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR