Slimfit
  1. ƏDƏBİYYAT

Mirzə Əli Möcüz - Aşiqi-pərişan

Mirzə Əli Möcüz - Aşiqi-pərişan
Sakura

Mirzə Əli Möcüz - Aşiqi-pərişan

Hәmişә fikri budur aşiqi-pәrişanın:
O gözlәrindәn öpәydi, olaydı qurbanın!
Qapını bağlama, ey bağıbani-hüsni-cәmal,
Mürәxxәs eylә mәni bir görüm gülüstanın.
Xülusi-niyyәt ilә gәlmişәm tәmaşayә,
Eşitmişәm gül açıb tazә nari-püstanın.
Nә nar dәrmәyә gәldim, nә gül bu gülşәndә,
Nәdir ziyanı sәnә xüşgә bir tәmaşanın?
Nәzarә nәqs yetirmәz gülün lәtafәtinә,
Daha gözәllәşi barin silәndә heyvanın.
Risumi-eşqü mәhәbbәtdәn anlamaz müflis,
Bilәr doşabı olan lәzzәtin mürәbbanın.
Nәzarә qıl, necә gör xalq fövc-fövc gәlir,
Ziyarәt eylәmәyә kәbeyi-zәnәxdanın.
Gülab iyi gәlir ağzından aşikar sәnin,
Gül üstә nәsb olunub yoxsa dürri-dәndanın?
Әgәr deyәm lәbüvә qәnd, dahanüvә gülqәnd,
Zücac qәlbi sınar pәşmәk ilә hәlvanın.
Dilüvi yaş rötәbә oxşadırdı şairlәr,
İçindә çәrdәyi gәr olmayaydı xurmanın.
Qәlәtdi zülfüvә reyhan demәk vә ya mәrzә,
O rәngü buyi hanı mәrzә ilә reyhanın?
O çeşmi-mәstüvә eylәr fәda bilatәrdid
Verilsә aşiqә mali tәmam dünyanın.
O xali-şah, o ariz, o zülfi-mari-siyәh,
Fәda olum sәnә, incitmә ziri-dәstanın.
Yazanda bu qәzәli nisfi-leyl keçmişdi,
Yavaş-yavaş işığı tar olurdu lampanın.
Xanım ayıldı bu әsnadә, gördü mәn yazıram,
Dedi: -Du yat, kişi, tozlu qala qәlәmdanın!
Tәmam fikrüvü hәsr etmisәi qәzәlyatә,
Düşünmüsәn ki, küpü boş qalıb qovurmanın?
Sabah olanda cavabın nәdir tәlәbkarә,
Mәgәr verilmәyәcәk maliyatı divanın?
İcarәdar güzәşt eylәmәz fәqirә pulun,
"Sәranә"ni dәrisindәn çıxardı üryanın.
Xudanәkәrdә Sәfәr bәy әgәr gәlә qәzәbә,
Yerindә yellәr әsәr yastıq ilә yorğanın.
Başı bәlalı oğul Badikubәdә çalışır,
Gәrәk yazıq ana vәchin verә müfasanın.
"Göral" rәsmidi gәr, bәs bu "Görmәal" nәdir?!
Әcәb nizam qoyub hökmdarı Tehranın!
Bizi satır sizә bir kәllәqәnd üçün molla,
O qәnd işlәnә, yarәb, yasında mollanın!
Mәni sәnә verәni hәq, görüm, zәlil etsin,
Kәbin kәsәndә dili lal olaydı ağanın!...
Bu tәlx söz mәni pәrt etdi, bilmәdim nә deyim.
Dedim: Vәfasına, lәnәt tәmam nisvanın!
Behişti-әdndә, ey kaş, hәzrәti Adәm
Olaydı kor, üzünü görmәyәydi Hәvvanın.
Cahanda bilmәdi övrәt nәdir, uşaq nәdir,
Xoşa sәadәtinә hәzrәti Mәsihanın!
Suvay qüssә nәdir xeyri bunların kişiyә,
Nә nәfi var, görәsәn, bizlәrә Tükәzbanın?
Eşitdi bu sözü övrәt durub sәrasimә,
Dedi: Tafavütü çoxdu pilovla şorbanın.
Dedim ki: Xәrcinә fәrmayişiz nәdir pilovun,
Tutub iyirmi tümәn zәrbәnarә tumanın!...
-Şәbüstәr әhlinә kafәr dә olmasın arvad,
Nә xeyri var bizә bu ismi-bihüsәmmanın!
On il gedәr, gәlәr on gün qalar vilayәtdә,
Nә böylә vәslin olaydı, nә öylә hicranın.
-Vәtәndәn әl çәkib, ey yar, getmәyim, neylim?
Buyur görüm, güzәranı hanı bu viranın?
Yәqin bilin ki, qәdәm basmaz özgә torpağә,
Vәtәndә xoş keçә gәr ruzigarı insanın.
Soyuqda qürbәtә getmәk çәtindir ölmәkdәn,
Nә bәrk canı var, ilahi, bu әhli-İranın!
Nә şah şad, nә dәrviş sәndә, ey İran,
Nә әmi var, nә ticarәt, nә şәrә, nә qanun!
Bu karivanı çәkir cәhl dәrreyi-mövtә,
Nә yatmısan bala, dur, mәstdir şütürbanın.
Bizi әcanib edib zuri-elm ilә hәmmal,
Suvay sәbr nәdir tәkyә kahı nadanın?
Qәm aldı canımı saqi, sәni ağan canı,
İçinә qәdri әrәq tök o şirli fincanın!
Әrәq hәramdı, lakin hәlaldır rüşvәt,
Tәәmmül eylәmә, qurbaniyәm bu fitvanın!
Bәqәsd rüşvә hәlalı hәram edib mücrüm,
Vәbalı boynuma olsun o namüsәlmanın!
Yatar mühaciri-islam ac qar üstündә,
Qalar pilov başına mәtbәxindә әyanın.
Kәnari-pincdә әylәşmisәn nәzakәtlә,
Nә kar edәr sәnә tәsiri indi sәrmanın?
Nә pinci var, nә libası, edә soyuqdan hifz,
Fәqirdәn xәbәr al zәhmәtin zimistanın.
Urus yolu açılaydı, qaçaydın, ey Möcüz,
Xilas olaydın әlindәn bu kәcqabırğanın!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğunun həyat yoldaşı Xavər xanım Abdulla Şaiqin baldızı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR