Slimfit
  1. ƏDƏBİYYAT

Mirzə Əli Möcüz - Anam təlim edən dildə

Mirzə Əli Möcüz - Anam təlim edən dildə
Sakura

Mirzə Əli Möcüz - Anam təlim edən dildə

Mənə lütf eylə, ey saqi, gətir o cami–sərşari 
Ki, ta rəf eyləyim nəştov qarın bu rənci xümmari.

Nəpüstəm var, nəbadamım, nətüxmi – şur, nə neytaqim, 
Məzə olsun məni – biçizə yarın ləli şəhvari. 

De gəlsin məclisə mütrüb, əlində sazü mizrabi, 
Çalıb tarü dəfi, şad eyləsin mən aşiqi – zari! 

Nə kisəmdə zərim vardır, nə ambarımda bir həbbə, 
Əlim boşdur, üzüm qarə, doyunca mey içim bari. 

Nə məllakəm, nətüccarəm, nəxani – mərdümazarəm, 
Mataim şerdir ancaq, onun da yox xiridari. 

Dilim türki, sözüm sadə, özüm səhbayə dildadə, 
Mənim tək şairin, əlbət, olar kasad bazari.

Dünən şer ilə bir namə apardım şahi–İranə, 
Dedi: "Torki nəmidanəm, məra to bəççe pəndari?"

Özü türk oğlu türk, əmma deyir türki cəhalətdir, 
Xudaya, müzməhil qıl təxtidən bu al – Qacari! 

Ümidim kəsmə, Möcüz, yaz anan təlim edən dildə! 
Gəzər bir ərməğan tək dəftərin Çini və Tatari.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ən sürətli təkər üzərində ev öz rekordunu yenilədi. Keçən il onun sürəti 128km/s idi, may ayında bu sürəti 162,61 km/s-a qədər artırdı, indi isə yarım km artırdı.

Redaktor seçimi

SON XƏBƏRLƏR