Slimfit
  1. ƏDƏBİYYAT

Mirzə Əli Möcüz - Amandı dur məzardan

Mirzə Əli Möcüz - Amandı dur məzardan
Sakura

Mirzə Əli Möcüz - Amandı dur məzardan

Beş-altı yüz nәfәr dәlә alır kilünki çün әlә, salır cәhanә vәlvәlә vә şurişü qiyamәti, sәbahü әsrü vәzzüha, yıxalla qәsri-şürbәha, tükәndi sәbrimiz daha, gedax Mәmmәdәlişaha, deyax ki, ölürux daha! Başuva yığ әcamiri, xüsus Әmir Bәhadiri, belinә bağla qәddәrә vә rakib eylә әstәrә, o hafizi-şәriәti. Deyin: Әya şәhi bәqa, әya xәdivi-mәhliqa, olub rәiyyәt әşqiya, misali rus vә ermәni geyiblә kәfşi-rovqәni, genişlәyirlә kuçәni; deyәndә: ey sitәmşüar, nolar olanda kuçә dar? Deyәllә: çor vә zәhrimar, döyәllә hәm cәmaәti. Nә hoqqabazılıqdı bu әya giruhi-sәqf gәn, yaratmış hәyyu-zülmәnәn, şütur bәrayi mәrdü zәn vә әsbü filü gәrgәdәn, mәgәr o üştәrizәmin, o piri-zuri-pәrvәrin vә әsbi-mah peykәrin, maşından azdı sürәti? Baxın bu qövli-әbtәrә, nә rәhm edәllә dülgәrә, nә dәllәyә, nә rәşbәrә, nә mәscidә, nә minbәrә, nә Miri-şәri-әnvәrә, bu qövmün ehtiramı yox şәriәti peyәmbәrә; nә hәq tanır vә nә Әli, nә Cәfәri, nә dini var, nә bığı var, nә sәqqәli. Gәlibdi fәleyi-Güney, misali muri-biәdәn, çıxalla damә nagәhan, deyәllә: ya Әli mәdәd! Verәllә sәs-sәsә hamı, yıxalla şәst ilә damı, gedәllә cümә axşamı içәllә zәhrimari mey, vuralla dәf, çalılla ney, deyәllә: Ay daley-daley! Әya cәmaәti Güney, mәgәr ki, yoxdu qeyrәtüz, qalıbdı kәtdә külfәtüz, nә aşı var, nә dә әti! Deyin o әhli Tәbrizә, maşın gәrәk deyil bizә, gәlin, gәlin, çökün dizә, qulaq verin bir hәmdüzә, fәrasәt örgәdәk sizә. Qәlәtdi hәmdü surәmiz, gәrәk onu ravanlayax, üsuli-dini anlayax, firui-dini hәmçinin. Niyә boş әylәşәk ki, biz xәrab edәk vilayәti? Vuranda gürzünü yerә, Nәkirü-Münkәr, ey Әmu, qoyunlar ürkәr, ey әmu! Sual edә nәmazdәn, xudayi-baniyazdәn, şәhәnşәhi-hicazdan, nә farsicә bilәr: "Birov", nә türkücә "Xnov-minov", nә kürdücә "Hәsov-mәsov", nә rusicә "Netov-metov", fәqәt bilәr әrәbcә o, cavab alar әrәbcә o. Bә izzәti, bә şövkәti behişti xәlq edib xuda bәrayi-şieyi-Әli; vәli o mömünün gәrәk ola döşündә sәqqәli, ki, yәni çox kәbir ola, Fәtәlişah Pәzir ola, hәna qoya o sәqqәlә vә rәngi misli qır ola vә ayinә ala әlә, baxa bığın qabağına, mәbadiya ki, meyl edә beş-altı tük dodağına, o tüklәri tәmizlәyә, ola adam balası, ta gedә ala qucağına, o huriyani-cәnnәti. 

Mәlәk dolanmaz o evә, ki orda әskinas ola, zikur ola, ünas ola! Vә huşu ya tәhur ola, vәlov ki, әksi-nur ola, şәkil çәkәn mәlahidә, gәrәk o әksә can verә, xuda sizә cәza günü xudalığın nişan verә. Bir iş görün әlahidә, o işdә yoxdu faidә, bu iş hәramidür bәli, qәsәm bu saçü sәqqәlә, miadә etiqad edin. Kişi gәrәk әzan verә ki, ta xuda әvәz ona behişti-cavidan verә. Nәinki eylә iş görә--ilan vura, çayan vura, mәlәk ona әzab edә vә әtlәrin kәbab edә, cәhәnnәmin hәrarәtli, belә müqәrrәr eylәyib xuda, hәmişәtar ola gecә, çü zülfi yar ola gecә, günüz yana çiraqi mehr, işıq sala vilayәtә, ziraәtә, sәn istisәn günüz kimi ola lәyal qasiqә, әmoğlu sәn nәkarәsәn, mәgәr rәqabәt eylisәn, belә ibadәt eylisәn xudayi-girdigarә sәn, şәrikisәn bu xaliqә, xudayi-nuru zülmәtә, çiraqi-bәrqi xoş gәlib, nә qәdri var imarәtә, cәmaәtә, onun pulun verin ata, minin, gedin ziyarәtә. Uşaq, fәnarı yandırın, çiraqi-bәrqi söndürün, misali-sәng sındırın, bә öhdәyi-mәn әstü mәn, vәlov beş-altı yüz tümәn olur onun xәsarәti, bu işlәrin tәmamәti çıxar o ruzinamәdәn, fizundu ol cavanların, o ruzinamәxanların şәrarәti Qutamәdәn, olar bәtәrdi kәbrdәn, әşәddidür hәcirdәn, әya güruhi-gülbәdәn, hәzir edәn cәridәdәn, salar sizi zәlalәtә. Üzütәra qiyamәtә gәlәr ona baxan kişi, alan kişi, satan kişi, yanında saxlayan kişi! Amandı almayın onu, yalandı cümlә mәtlәbi, hәram edib onu nәbi, vәli ona baxanların nә dini var, nә mәzhәbi, nә izzәti, nә ismәti, nә üffәti, geyir qulaqlı köynәyi, vurur fokullara boyaq, o bәngxor, o tiryaki, olar cәridә bir taya, oxur sәbahü şam onu. O xeyrәsәr, o bihәya, әya sülaleyi-zina, xuda edib hәram onu, oxuma vәssәlam onu. Tәlavәt eylә, mәshәfi, tәbarәkә-mübarәki, xüsusәn o bәraәti ki, çoxdu xovfü hәşәti, fәsahәti, bәlaqәti. Deyәndә bu sözü ona, deyir: Bәli, sәhihdir, deyәllә çox fәsihdir, onu bilәn fәqihdir. Qızı olanda bir zaman, deyir qulağına әzan, adın qoyur Tükәzziban, böyür çün o kiçik bala, olur Tükәzziban xala; onun da olsa bir qızı adın qoyar Hüvәllәzi. Çaxır sәpәllә üstümә, saman tәpәllә nustuma, xuda nәkәrdә, gәr deyәm: Nәçün bu düxtәri-әcәm, xudayi-beytü vәlhәrәm, hәlal edib hәcamәti, hәram edib kitabәti? Deyin cәnabi Möcüzә: әya qәribi-elmü fәn, qolun-qıçın uzatmısan o hәfreyi-mәzaridә; mәnim sözümә ver qulaq, qiyamәt oldu, dur görax! Çıx ol xәrabәzardәn, o tәngәna hesardәn, düşüb cәhanә vәlvәlә, edir zәmin zәlzәlә, ayıl, tәbәddilatә bax, eşikdәki hәyatә bax. Hamı ayıldı, ay kişi! Yatırsan indi sәn hәlә. Baxır sәnә, gülür cahan, fәlәk, mәlәk, zәmin, zaman vә xәlq hәr kәnardәn, aman, aman, aman, aman, әmoğlu dur mәzardәn, bir az tumarla saqqalun vә sil sәrü uzaridәn xәlü bu cәhlü qәflәti....

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Italiya

Redaktor seçimi

SON XƏBƏRLƏR