Mirzə Əli Möcüz - Ağalar!
Biri deyәr: gәrәk fala baxıla!
Biri deyәr: gәrәk dua yazıla!
Biri deyәr: gәrәk evi yıxıla,
Bu kişini gәlin yıxaq, ağalar!
Sәhәr tezdәn kişi gedәr işinә,
Pinti arvad çarşab salı başına,
Fatma xala gәlәr, düşәr peşinә,
Nә xoş olar dua yazmaq, ağalar!
İki arvad küçәlәri dolanır,
Çәrşabları zığ-çamura bulanır,
Falçı qardaş xanımlara sulanır,
Boynu yoğun, şәlәpapax, ağalar!
Әvvәl bir az danışarlar, deyәrlәr,
Çubuqlaşıb qәndü nabat yeyәrlәr,
Ondan sora mis-tas yerә qoyarlar,
Gәlin bir az fala baxaq, ağalar!
Arvad gәrәk әlin çәksin tasına,
Falçı baxar әlinin hәnasına.
Belә arvad, әrin gәlsin yasına!
Yaxşı bilәk, qәşәng buxaq, ağalar!
Qәtbaşılar dövrәsinә düzülür,
Falçı baxar, xumar gözlәr süzülür,
Başın әyәr, dodaxları büzülür,
Sәslәr gәli tarax-tarax, ağalar!
Kafir hәblәr tas içinә tökülü,
Kimin başı, kimin qarnı sökülü,
İfritlәrin cümlә qanı tökülü,
Kimisi dә olu dustax, ağalar!
Bir tümәn pul beş qәtbaşı verilü,
Әr-arvadın qarabaxtı durulu,
Evdә genә әcinnәlәr dirilü,
Genә o aş, o ispanax, ağalar!
Fatma xala hәr gün gәlәr bulara,
Yeyәr, içәr, әlin silәr duvara.
Gedәcaxla sabah mala, bazara,
Sora görax, nә yapacax, ağalar.
Sabah olar gedәr mala, yozana,
Beş qran da verәr dua yazana.
Başa gәlmәz, qalu arvad azana,
Axşam oldu, yanar çırax, ağalar!
Molla yazan duaları bitürü,
Yarı gecә qonaxları ötürü,
Fatma xala qapıyacan gәtirü,
Xanım girәr gözdәn irax, ağalar!
Kişi gәlib, odun qoyub ocağa,
Qaranlıxda yağı töküb çırağa.
Xanım gәlir, kişi durur ayağa,
Sizә zәhmәt, ona dayax, ağalar!
Kişi vurar, arvad çәkәr havarı,
Parçalanıb köynәyinin kәnarı.
Qana batıb zәncirәsi, navarı,
Qurtaracax, görax nә vax, ağalar?
Baş yarılıb, çomax gәzir havada,
Macal olmub çarşabını çıxada.
Sәni tarı, tәsirә bax duada,
Durun gedax, biz dә alax, ağalar!
Fatma xala nağıl elәr әrinә;
-Biz yaxçılıx etdux bu gün birinә!
Boğuşdura hәr gün yarı-yarına,
O dünyada görmәz duzax, ağalar!
Bu әsnada nagәh qapı açılır,
Pinti arvad gәlir, qanı tökülür.
Fatma xala bunu görüb, әkilir,
Başımıza nә kül tökax, ağalar?
Lәnәt eylәr arvad dua yazana,
Fatma xala hanı, bassın qazana?
Xәbәr verin gәlsin falı yozana,
Yuxlamasa, olsa oyax,ağalar!
Sözün kәsib, pişik qaşdı eşiyә,
Tәsir etdi bu sözlәr çox kişiyә.
Bir söz deyim; Möcüz әyәr yaşıya,
Ona çatmaz heç bir yanşax, ağalar!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət