Slimfit
  1. ƏDƏBİYYAT

Mirzə Əli Möcüz - Ağalar

Mirzə Əli Möcüz - Ağalar
Sakura

Mirzə Əli Möcüz - Ağalar

O xaliq ki, girdә edib mazını,
Alınımaza yazıb qara yazını,
Aşiq genә aldı әlә sazını.
Qulaq verin bu dastana, ağalar!

Beş yaşında bizim xanım üşüdü,
İlik dondu, üstüxanım üşüdü.
Gәlin gedәk, genә canım üşüdü,
Soyuq gәldi çün İrana, ağalar! 

Bir pinc qoyduq yerә kürsü otaqda,
Bainhәmә sular dondu çanaqda,
Göy tәbәrzә buz bağladı mәlaqda,
Ahım çıxdı asimana, ağalar! 

Dünәn gecә Nuhi gördüm röyada,
Dedim ki: Çox yaşadın sәn dünyada,
Belә soyuq heç görmüsәn dünyada?
Dedi: Xeyir!-yana-yana, ağalar!

Fәrşi, qabı satdıq verdik kömürә,
Allah, yazma bu günlәri ömürә!
Bu il soyuq tәsir etdi dәmirә,
Tәsir etmәz mәgәr cana, ağalar?

Yaş-yaş kәsib ağacları kәtdilәr,
Sәhәr tezdәn Şәbüstәrә gәtdilәr.
Yaş odunu amma necә satdılar-
Batmanını bir qrana, ağalar! 

Yaş odunlar çün ocağa düzüldü,
Bir ah çәkib, göz yaşları süzüldü.
Tükәzlәrin xumar gözü büzüldü,
Tüstü qalxdı çün tavana, ağalar. 

Küçәdә buz gümüş kimi parıldar,
Füqәralәr soyuq evdә zarıldar,
Beşaçılan tüfәng kimi xarıldar,
Ayaq qoysan nәrdivana, ağalar. 

Yuvasında dondu fәrә soyuqdan,
Pişik gәldi ahuzarә soyuqdan,
Qulaq yarә, burun yarә soyuqdan,
Çarә nәdir bu borana, ağalar? 

Mәn deyirәm qapı, baca sökülә,
Hәm ocağa, hәm dә pincә tökülә.
Bu qış dәrdi o dәrd deyil çәkilә,
Çörәk bağlun dәstәrxana, ağalar! 

Yerlәşdirin qәddәrәni qurşağa,
Xudahafiz!-deyin arvad-uşağa,
Yuxarıdan isti olar aşağa,
Durun gedәk Vayiqana, aralar! 

Nәzr elәrәm bir şam imamzadәyә,
Oxuyaram Quran Hәsәn dәdәyә,
Aş paylaram hәr hәftә bir badiyә,
Soyuq getsә Şamqazana, ağalar! 

Möcüz deyәr: Duamın var әsәri,
Hov tәpәrәm, qalmaz qışın әsәri,
Hәr kim verә mәnә bayram xәbsәh
Bir cüt busә aşiqanә, ağalar!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

General Əliağa Şıxlinski Molla Vəli Vidadinin nəticəsidir.

Redaktor seçimi

SON XƏBƏRLƏR