Dərc edildi: Baxış sayı: 502
Mirzə Əli Möcüz - Açıq məktub
Hacıya, vardı sәnin mülki-Sәmәdabadın,
Qoş tarazın vә iki danә oğlu imdadın,
Üç dükan, bağ, saray, bir dә çörәkçixanә....
Qәlәm aldım әlә yazdım, bu sәnin iradın.
Sәn dә bir al qәlәmi dәstüvә yaz, söylә görüm,
Nәyi var mülki-Şәbüstәrdә mәni-naşadın?
Keçәrәm mәn o tәlәbdәn, yazaram bir para söz,
Ta ila yovmi-qiyamәt utanar övladın!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət