Mirzə Əli Möcüz - Açın üzləri
Niqabi eylәdi icad bir şahin hәrәmi
Ki, misli-paşinә sәng arizi-müxәddәr idi.
Cәmali-әnvәrinә salmadı niqab hәrgiz
Cәnabi Fatimә ki, doxtәri-peyәmbәr idi.
Kәmalin әmrini şövq ilә etdi istiqbal
Olar ki, ruxi-vәcahәtdә mahi-әnvәr idi.
Vә lakin eylәdi lәnәt çinanki biz Şimrә
O bacılar ki, misali-Nәkir-Münkәr idi.
O hökm eylәdi dilşad әhli-namusi,
Günahkar xanımlar niyә mükәddәr idi?
Biduni xofu tәrәddüd niqabisiz mәşuq
Gedәrdi aşiqi-zarin ziyarәt eylәr idi.
Niqabi açsa xanım sahibindәn eylә hәras,
Niqabü çadirә sәttari-çeşmi-şöhәr idi.
Bәsa olub ki, dadaş bacini edib tәqib
Bәqәsdi-eşqü hәvәs, bilmәyib ki, xahәr idi.
Xoşa o günlәrә ki, tacirin, bәyin, xanın,
Qızının adı Şәrәf, oğlununki Әskәr idi.
Qoya bilәrdi mәgәr adın oğlunun Pәrviz,
O günlәri ki, axundlar "әmiri-lәşkәr" idi?
Darardı saqqalın on beş yaşındakı oğlan,
Müti mәrdi-dәyanәt o gün ki, bәrbәr idi,
Әgәr o devrüdә kәşfi-hicabi nisvandan
Edәydi bәhs müdiri "Sitarә" kafәr idi,
Kәmançәvü dәfü tari şikәst edәr günlәr
Cәmaәti-tәlәbә Rüstәmi-Şәbüstәr idi.
Nә çәkmәsi, nә corabi olardı sәrbazın,
Xoşa o günlәrә ki, canişin Müzәffәr idi.
Nә şahdәn, nә vәliәhdidәn edәrdi hәras
O hәllac oğlu ki, min atlıya bәrabәr idi.
Alardı bacü xәrac әhli-şәhrdәn hәr gün
Şәrarәt әhlinә çün Seyyid-hәmzә sәngәr idi.
Girәrdi bәstә adam öldürәn zaman qatil,
Ona himayәt edәn şәxs әhli-mәnbәr idi.
Rәvayәt eyliri ravi ki, sәhni-topxanә
Qәzayi-hacәt üçün mәbrәzi-müqәrrәr idi.
Bina bәqovli-cәnabi-şәhiri Qaani
Nikola, Nasirәddinә qulami-kәmtәr idi.
Onun rikabin öpәrmiş tәmam dövlәtlәr,
Әmir ona qapıçı, qeysәr isә mehtәr idi.
Әgәr baxaydı mәhәbbәtlә sәmti әflakә,
Düşәrdi qorxuya sükkani-әrş, titrәr idi.
Әtabәk açmış idi karxaneyi-füqәra,
Sәxadә hatәm ona bir kәminә növkәr idi.
Duayi-müftәxoran hifz edәrdi sәrhәddi,
Dilavәrani-vәtәn seyyidü qәlәndәr idi.
Nә daxil ilә vardı işi, nә xaric ilә;
Tәmam sәyi, tәmәnnası vәsli-dilbәr idi.
Gecә sabaha kimi cәng edәrdi mәrdanә,
Sәrayi mәrkәzi-nisvani-mahmәnzәr idi.
Cәmalin açsa xanım qorxar әqrәbasindәn
Onu dilavәr edәn ruybәndü çadәr idi.
Bәcayi inki deyә xәlq ona sәhabi-bilad,
Deyәrdi: Zilli-xuda! Xәlq itaәt eylәr idi.
Zәban dahanda müqәffәl, qәlәm qәlәmdanda,
O günkü gündә danışmaq mәgәr müyәssәr idi?
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət