Slimfit
  1. BİOQRAFİYA

Mirzə Əli Möcüz

Mirzə Əli Möcüz
Sakura

Mirzə Əli Hacı Ağa oğlu Möcüz - Azərbaycan şairi

Mirzə Əli Hacı Ağa oğlu Möcüz (1873-1934)—Azərbaycan şairi.

Mirzə Əli Hacı Ağa oğlu Möcüz Güney Azərbaycanının, Güney mahalının Şəbüstər qəsəbəsində bir tacir ailəsində doğulmuşdur. Möcüzün babası İstanbula səfər edərmiş. Hətta onun iki böyük oğlu (Hüseyn və Həsən) İstanbulda yaşayırlarmış. Mirzə Əli ilk təhsilini öz vətənində molla məktəbində almışdır. On altı yaşında ikən atası vəfat etmiş, yetim qalan uşağı qardaşları İstanbula çağırmışdılar. Möcüz 16 il İstanbulda yaşamış, tədris ləvazimatı satmaqla məşğul olmuşdur. İstanbul mühiti Möcüzə təsirsiz qalmamışdır. O, vaxtını çoxunu mütaliə ilə keçirmiş, Şərq ədəbiyyatını, müasir ictimai-siyasi mətbuatı həvəslə izləmişdir.

Vətənə qayıdandan, öz vətəninin müasir həyatdan çox geri qaldığını görəndən sonra öz intibalarını, təəssüratını şeir ilə ifadəyə çalışmışdır. Möcüz vaxtını məşhur alim və mütəfəkkir Şeyx Mahmud Şəbüstərinin məqbərəsinə xidmətdə keçirmiş, vətəndaşlarının cəhalətdən qurtulması və mədəni həyata çıxması üçün çox səy göstərmişdir. Şəbüstərdə mövhumatçı ünsürlərin müqavimətini qıraraq 1932-ci ildə birinci dəfə qız məktəbi açan, qadın azadlığını kəskin və təsirli sözləri ilə müdafiə və təbliğ edən Mirzə Əli Möcüz olmuşdur.

Şeirlərindən göründüyü kimi, Möcüz əsrimizin əvvəllərindən başlayaraq sürətlə inkişaf edən Azərbaycan inqilabi-demokratik ədəbiyyatını, "Molla Nəsrəddin"i və Sabir şeirini xüsusi diqqətlə oxuyur və sevirmiş.

Möcüz, Şəbüstər kimi unudulmuş bir guşədə yaşasa da, əsərlərinin müqabilində çox təkfir və təhqirlərə uğrasa da, iradəsi qırılmamış, həmişə Sabir cəsarəti və sayıqlığı ilə yazmışdır.

Məişətin ən xırda məsələlərindən (küçənin palçığı, samavar xərci, çiçək və qızılça xəstəliyindən şikayət) tutmuş ən böyük ictimai məsələlərə, ən zəruri siyasi hadisələrə qədər (Məhəmmədəli şah irticası, varlıların mədəni tədbirlərə qarşı durması, vərgilər, birinci dünya müharibəsində Alman imperalizminin törətdiyi qırğın və təcavüzlər) geniş mövzu dairəsi Möcüzün əsərlərində xüsusi bir üslub ilə əks olunmuşdur. Möcüz Cənubi Azərbaycanda Sabir ədəbi üslubunu davam etdirən demokratik ruhlu, sadə, ana dilində yazan qüvvətli bir xalq şairi olmuşdur.

Onun bir sıra şeirləri çap olunmazdan əvvəl ağızdan-ağıza yayılmış, şöhrət tapmışdır.

M.Ə.Möcüz 1934-cü ildə İranın Şahrud şəhərində vəfat etmişdir.

 

Şeirləri:

Arzu
Axtarır
Ağalar
Axtarma
Allah
Ağalar!
Axır ki, ağlat milləti
Ay millət!
Açıq məktub
Allahın nemətləri
Aşiqi-pərişan
Ay qız
Anan təlim edən dildə
Açın üzləri
Anbardara xitab
Axır çərşənbə duası
Amandı dur məzardan
Bilmədim 
Bacılar
Bəzək
Bahalıq 
Boşla, gedə
Bayram gəlir
Bir gecə
Bu gecə 
Bənzisən qızılgülə sən
Bir məsləhət
Bekarlara nəsihət
Bu necə əsridi?
Bu necə vilayətdir?
Bahar oldu
Bədbəxt o kimsədir ki...
Bəsdir yetər axir!
Cümhuriyyətə
Canlı cənazə
Candan keçmişux!
Çəkmə siqarə!
Çiçək
Çək başuvu yorğan içinə
Əmoğlu
Fərzəndani-şəbüstər
Qürbət
Nə anladıq bu gəlmaqdan
Oxuyun
Sizə mən neyləmişəm
Vətən

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Uşaqların ağlaması dünyada ən qıcıqlandırıcı səsdir

Redaktor seçimi

SON XƏBƏRLƏR