Dərc edildi: Baxış sayı: 493
Mirzə Əli Ləli - İstidən şikayət
De göriim bir menə, xüdavenda,
Bu bədən qurğuşundumu, ya misdi?
Kürəxana deyil bizim mənzil
Neyə lazımdı bu qədər isti?
Bizim ev Məkkə, men ərəb deyiləm,
Ərebistan deyil bu, Tiflisdi.
Şəhrə od yağdınr, çölü soyudur
Bilmirəm bu nece mühəndisdi?
İstini qışda ver ki, bendelerin
Çoxu üryani ürü muflisdi.
Birəvü mığmığavt kor milçək
Cem olub, bir qeribe məclisdi.
Nə səbebdən bize müsellet olub
Ne ki dünyadə rətbü yabisdi?
Cücüler doldurub kitab arasın
Biri molla, biri müdərrisdi.
Sokakda lehlər istidən itlər
Yixılıblar yol üste, bihissdi.
Gecələr peşşehak zəmzəməsi
Məclisdə baniyi müəssisdi.
Bu hava-xətti istifade gərək
Sakinani-Şimala çox pisdi.
Ne cehətden görüm, bu muzilər
Gecə-gündüz bizimlə munisdi?
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət