Dərc edildi: Baxış sayı: 506
Mirzə Əli Ləli - Görüm
Bu yağışa dayanırmı dәmir, daş, görüm,
Qalaydı xeyrin, ilahi, qapında kaş görüm!
Yağış gәrәk çölә yağsın, nә şәhr, bazarә,
Nә xeyri var sәnә üstü başımı yaş görüm?
Bir aydı üst-başım zığdı, başmağım palçıq,
Özün mәlәklәr ilә bircә gün sulaş görüm.
Nә vaxt yağıbdı yağış, küçәlәrdә it boğulub,
Nә vaxt yağıbdı dolu, sındırıbdı baş görüm.
Bahalıq ildә acından ölәnlәri gördün,
Tapa bilir oların qırxı bir lavaş görüm?
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət