Dərc edildi: Baxış sayı: 591
Mirzə Əli Ləli - Gətirdi nəşeyi-mey, saqiya, nə şurə məni
Gətirdi nəşeyi-mey, saqiya, nə şurə məni,
Ki, şövqi-arizi-canan çəkib hüzurə məni.
Cəmali-şahidi-qeyb istərəm Kəlimasa,
Amandı tez yetirin cilvəgahı-Turə məni.
Zəmirim olmadı biganə məşrəbindən saf,
Qıl aşina genə bir sağəri-bülurə məni.
Həvayi-arizin, ey afitabi-aləmtab,
Gətirdi zərrəsifət, ərseyi-zühurə məni.
Qüsuri-əql yoxumdur mənim bu aləmdə,
Ki, vaiz, eyləmə məftun cəmali-hurə məni.
Hanı təraneyi-mey-mütrüba, ki, mahi-siyam,
Gətirdi təngə məsaciddə həmd-surə məni.
Könüldən olmuşam aşiq o xali-məğrurə,
Həvayi-nəfs salıb gör necə qürurə məni!
Cahanda xosrovi-əhli-sükut idim, Ləli!
Xəyali-söhbəti-Şirin gətirdi şurə məni.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət