Slimfit
  1. ƏDƏBİYYAT

Mirzə Ələkbər Sabir - Vəz etdiyin inandı, sən amma inanmadın!

Mirzə Ələkbər Sabir - Vəz etdiyin inandı, sən amma inanmadın!
Sakura

Mirzə Ələkbər Sabir - Vəz etdiyin inandı, sən amma inanmadın!

Vəz etdiyin inandı, amma sən inanmadın!
Ya liləcəb, məgər yorulub bir usanmadın?!

Yatdıqca xabi-qəflət ilə millətin sənin, 
Vəqf oldu layla söyləməyə xidmətin sənin, 
Hər gün genəldi daireyi-hörmətin sənin, 
El uğradıqca fəqrə, şişib sərvətin sənin, 
Millət arıqladıqca kökəldi ətin sənin!
Rüşvət həramdır, dedin, aldın, utanmadın! 
Mali-yetimə - od - deyə uddun da, yanmadın!

Qəssabxanəni bizə darülaman dedin, 
Doğru libasına bürünüb, min yalan dedin, 
Olduqca müştəbih: "Qələt etmə, inan!" - dedin, 
Kim yaxşı söylədisə, ona min yaman dedin, 
Qeyzə gəlib bərəldi gözün, lantaran dedin; 
Bir vəqt olar tanır səni, hər kimsə qanmadın! 
Bu məhz bir söz idi - həqiqətdi sanmadın! 

Fəssad olub da milləti daim damarladın, 
Hər kəs əlindəkin yerə atdı, qamarladın, 
Ciyfə dedikcə mali-cəhani toparladın, 
Fani dedikcə mülkə, - imarət hamarladın, 
Sərişteyi-mədaxili möhkəm yumarladın, 
Rüşvət haramdır, dedin, aldın, utanmadın!
Vəz etdiyin inandı, sən inanmadın! 

Qövli-sərih ikən, əcəba, "mən kəfər" sözü, 
Etməkdəsən bəhaneyi-təkfir hər sözü, 
Zənnim budur ki, ortada olsa gər olsa zər sözü, 
Hərgiz danışmasan belə alçaq, hədər sözü, 
Vicdanə, abruyə, həyayə dəyər sözü, 
Bir vaxt olar tanır səni hər kimsə qanmadın! 
Ya liləcəb, məgər yorulub bir usanmadın?! 

Cildi-qənəmdə oldun, əcəb gürgi-canşikar, 
Nəfsin susub, yorulmayaraq oldu töməxar, 
Hiylən duyuldu şimdi, sənə olmaz etibar, 
Əsrari-müxtəliflərin olduqca aşikar - 
Qalsın deyə səhayifi-dəftərdə yadigar - 
Bir vəqt olar tanır səni hər kimsə, qanmadın! 
Ya liləcəb, məgər yorulub bir usanmadın?!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan Milli İncəsənət Muzeyinin açılışı. Bakı, 6 may 1937-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR