Dərc edildi: Baxış sayı: 7811
Mirzə Ələkbər Sabir - Uşaq və buz
Dərsə gedən bir uşaq
Çıxdı buz üstə qoçaq;
Sürüşdü birdən-birə,
Düşdü üz üstə yerə.
Durdu uşaq neylədi?
Buza belə söylədi:
“Sən nə yamansan, a buz!
Adam yıxansan, a buz!
Az qalıb ömrün sənin,
Yaz gələr, artar qəmin:
Əriyib suya dönərsən,
Axıb çaya gedərsən!”
Şərhlər
Şərhləri göstər Şərhləri gizlətDaha Çox