Dərc edildi: Baxış sayı: 1846
Mirzə Ələkbər Sabir - "Şair"lərimizə nəzirə
Ey alnın ay, üzün günəş, ey qaşları kəman,
Ceyran gözün, qarışqa xəttin, kakilin ilan.
Alma çənən, çənəndə zənəxdan dərin quyu,
Kirpiklərin qamış, dodağın bal, tənin kətan.
Boynun surahi, boy-buxunun bir uca çinar,
Əndamın ağ gülüş, yanağın qırmızı ənar.
Xalın üzündə buğda, başında saçın qürab,
Qah, qah!... qəribə gülməlisən xaniman xərab!..
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət