Slimfit
  1. ƏDƏBİYYAT

Mirzə Bəylər - Sənin deyilmi

Mirzə Bəylər - Sənin deyilmi
Sakura

Mirzə Bəylər - Sənin deyilmi

Nə baxırsan həzin-həzin, şikəstə,
Əzizim, bu canlar sənin deyilmi!?
Gecə-gündüz əmək çəkib tikdiyin
Dolu xanimanlar sənin deyilmi!?

Haqqın kərəmindən hazır tapılmış,
Plan çəkib başı başa çatılmış.
Təzə-təzə cani-dildən yapılmış
Bu köşkü eyvanlar sənin deyilmi!?

Sənsən bizim üçün Cənnət hurisi,
Ya da göydə mələklərin birisi.
Bu görünən malü-qoyun sürüsü,
Hesabsız heyvanlar sənin deyilmi!?

Laləyi həmralar, gülü yamənlər,
Müttərdi gülü reyhan, süsənlər.
Yaz gələndə çiçək açan çəmənlər,
Cənnəti-rizvanlar sənin deyilmi!?

Təzəcə ağaclar ulduz sanında,
Göyərmiş hər biri öz məkanında.
Sağında, solunda, evin yanında
Bağça gülüstanlar sənin deyilmi!?

Ucadan alçağa suyun endirən,
Taxılı, qəlləni una döndərən.
Araba-araba taylar göndərən 
Qoşa dəyirmanlar sənin deyilmi!?

Hər gün sayıl xirmənindən pay alar,
Dolu samanlıqlar, qoşa tayalar.
Sarıxlı yüzlüklər, halal mayalar,
Saxlanan pünhanlar sənin deyilmi!?

Xidmətində duran cani-dilinnən,
Qələm tutan bir-birinin əlinnən.
Öz evində dörd millətin dilinnən
Oxuyan oğlanlar sənin deyilmi!?

Neçə ki, xəstəsən, xəstəyik bizlər,
Allahdan gözümüz şəfalar gözlər.
Qulluğunda duran gəlinlər, qızlar,
Cəmi novcavanlar sənin deyilmi!?

İnşallah, bularsan şəfa canında,
Durarsan, gəzərsən xanimanında.
Atalı-oğullu sənin yanında
Boynunu buranlar sənin deyilmi!?

Allahdan diləyən dadü fəryadlar,
O ismi-əzəmlər, müqəddəs adlar.
Qohumlar, qardaşlar, biganə, yadlar,
Haqqa yalvaranlar sənin deyilmi!?
14 noyabr 1904-cü il

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

XIX əsrə aid Gəncə qadın geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR