Slimfit
  1. ƏDƏBİYYAT

Mirkazim Nikbin - Yavaş-yavaş

Mirkazim Nikbin - Yavaş-yavaş
Sakura

Mirkazim Nikbin - Yavaş-yavaş

Fikrimdə canlanır xəyalın yenə,
Dolur gözlərimə nəm yavaş-yavaş.
Sənə qovuşmağa gülüm az qalır,
Çəkilir qəlbimdən qəm yavaş-yavaş.

Səndən ayrılandan fikrim dərbədər,
Xəyalım göylərdə, ağlım sərasər,
Toplayıb özümü zorla birtəhər,
Edirəm ağlımı cəm yavaş-yavaş.

Yaman acı imiş həsrətin dadı,
Az qaldı qırıla qəlbin inadı,
Dilimə gələndən vüsalın adı,
Olur eşqin tamı kəm yavaş-yavaş.

Ayrılıq kəsmişdi bil nəfəsimi,
Almışdı ucadan çıxan səsimi,
Eşqlə bəzədikcə can qəfəsimi,
İtir səsimdəki bəm yavaş-yavaş.

Ürəkdə olanı qələmim yazır,
Həsrət dəryasına vüsalın sızır,
Buz tutmuş hisslərim təzəcə qızır,
Alır məhəbbətdən dəm yavaş-yavaş.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xurşidbanu Natəvan və Qasım bəy Zakirin də qohumluq əlaqələri vardır. Hər ikisi Cavanşirlər sülaləsindəndir.

Redaktor seçimi

SON XƏBƏRLƏR