Slimfit
  1. ƏDƏBİYYAT

Mirkazim Nikbin - Son söz

Mirkazim Nikbin - Son söz
Sakura

Mirkazim Nikbin - Son söz

Necə də ağırdır son sözü demək,
Bu dünya aləmə, sevgili yara.
Arzular ölübsə axırdır demək,
İnsanlar arzusuz çatmaz ilqara.

Əlvida insanlar, əlvida cahan,
Köçür bu dünyadan deyərək insan,
Əcəl insanlara verməyir imkan,
Bizi bu torpağa eyləyir qurban.

İnsan son anında vəsiət edir,
Son anı özünə qənimət edir,
Sanki o əbədi səyahət edir,
Pisliyi keçəndən xəcalət edir.

İlki salam, sonu əlvida dünya,
De hansı insana son söz çatacaq.
Görülən, duyulan, səs səda dünya,
Sulara qərq olub bir gün batacaq.

Hələlik deməyə söylə nə var ki,
Oğul odur dözsün əlvida desin.
İnsanı cəzb edən bir qüvvə var ki,
İnsan çalışır ki, onu rədd etsin.

Mənim deyiləcək son sözüm qalır,
Gün gələr o sözün gələr zamanı.
Son sözlər sevgini bizlərdən alır,
Bəs etmir hisslərdən bizə qalanı.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əhməd Cavadın 1914 cü ildə Gəncə şəhərində yazdığı "Çırpınırdı Qara dəniz" şeirinin orjinal mətni

Redaktor seçimi

SON XƏBƏRLƏR