Dərc edildi: Baxış sayı: 461
Mirkazim Nikbin - Sevgilim
Səni harda görüb, niyə bəyənib,
Necə sevdiyimi sorma sevgilim.
Sənin vurğununam, sənin heyranın,
Eşqimi yollarda yorma sevgilim.
Fikrim yanındadır hər gün, hər gecə,
Ürəyimə axıb, doldun sən necə?.
Məskənim olubdur sən olan küçə,
Gözlərimdən uzaq durma sevgilim.
Bu sevgi məhəbbət sanma yalandı,
Qəlbim atəşindən oda qalandı,
Mənə yox söyləmə gülüm amandı,
Qəlbə həsrət oxun vurma sevgilim.
Həsrət gözlərimdə yaşa dönməsin,
Bu sevda atəşi heç vaxt sönməsin,
Qoy sənsiz bənizim deyib gülməsin,
Məni həsrətinlə sarma sevgilim.
Mən səni sevirəm demək nə lazım,
Bunu hər kəs bilir ay alın yazım,
Dərdindən divanə olub Mirkazim,
Məni səhralara salma sevgilim.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət