Slimfit
  1. ƏDƏBİYYAT

Mirkazim Nikbin - Səni itirəndən

Mirkazim Nikbin - Səni itirəndən
Sakura

Mirkazim Nikbin - Səni itirəndən

Gör neçə fəsildi, gör neçə aydı,
Mən səni görmürəm, gözdən uzaqsan.
Yəqin dəyişmisən, gözəlləşmisən,
Hər gecə yuxuda mənə qonaqsan.

Səni itirəndən dəyişib tamam,
Rəngarəng həyatı xoşlayan adam,
Səni düşünürəm hər səhər axşam,
Sanmıram sən məni unudacaqsan.

Eşqin dönüb ürəyimdə məşələ,
Sənə qovuşmağım çətin məsələ,
Sənsizdə mən səni sevirəm hələ,
Sən mənim qəlbimdə sönməz ocaqsan.

Başımdan çıxmayır fikrim, xəyalım,
Həsrətin silahlı, mən əli yalın,
Qəlbi viran edib dərdin, məlalın,
Söylə bəs sən neçə yaşayacaqsan?.

Mənim tək heç bir kəs sevməz səni yar,
Bunu anlayan gün olacaqsan xar,
O, ötən günlərçün çəkib intizar,
Dərin bir ah çəkib ağlayacaqsan.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kaliforniya, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR