Dərc edildi: Baxış sayı: 811
Mirkazim Nikbin - Sən ürəksən, məndə can
Sənsən tək xəyalım, istəyim mənim,
Həyat mənasızdır sənsiz mənimçün.
Sənə “Can” deyirəm, “Ürəyim” mənim,
Canımı verərəm inan səninçün.
Dünyaya açılan geniş pəncərəm,
Ömrümün dəyəri, qiyməti sənsən.
Bir fikir fırlanır başımda bu dəm,
Sən başqa biri yox, elə özümsən.
Yenidən doğuldum sanki dünyaya,
Səni tanıyan gün, səni bilən gün.
İstərəm qəlbimdə şübhə olmaya,
Ölərəm bunu bil, məndən dönən gün.
Unutma ki, sən – Ürəksən, məndə - Can,
Ölənəcək ayrılmazıq, bahəmik.
Odlanırıq sən yandıran, mən yanan,
Hər bir işdə bir yerdəyik, həmdəmik.
Sənə qarşı olan hisslərim ki, var,
Onları anlamaq çətindən, çətin.
Ay Ürək Can üçün çəkmə intizar,
Çünki biz oduyuq əbədiyyətin.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət