Slimfit
  1. ƏDƏBİYYAT

Mirkazim Nikbin - Qürur

Mirkazim Nikbin - Qürur
Sakura

Mirkazim Nikbin - Qürur

Mənim mənliyimdən doğulan qürur,
Mənim özümdəndə yüksəkdə durur.
Bu necə baş verir bilmirəm hələ,
Doğan doğulanın yolunu tutur.

Əyilmə heç kimə qürurla yaşa,
Heç möhtac olmasın qardaş qardaşa,
Həyatda öz yerin, öz səviyyən var,
Talehin əlində cırpınma boşa.

Ehtiyac sözünü dilinə alma,
Heç kəsin yanında kölgədə qalma,
Bu həyat mərdlərin döyüş meydanı,
Çalış bu döyüşdə sən məğlub olma.

Şux yeri qamətin əyilməz olsun,
Kişi ol, xətrinə dəyilməz olsun,
Sınıxma ehtiyyac içində heç vaxt,
Qoy sənin vüqarın yelinməz olsun.

Həyat gah çətindi, gah da ki, asan,
Bir üzü gerçəkdi, bir üzü yalan,
Dəmir iradəli dürüst insanlar,
Layiqli yaşayar dünyada inan.

Ay dostlar inanın mənim qiymətim,
Özgə bir şeydə yox mənliyimdədir.
Sabahkı kədərim, sabahkı qəmim,
Bu günkü toyumda şənliyimdədir.

Zamanın sınağı boşdur mənimçün, 
Səddləri adlamaq qədərimdəndir.
Ey fələk selləri çoşdur mənimçün,
Səninlə döyüşmək hünərimdəndir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyev. Bakı, XX əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR