Slimfit
  1. ƏDƏBİYYAT

Mirkazim Nikbin - Qoy məndə yox olum sən olmayan gün (Həyat Yoldaşıma ithaf edirəm)

Mirkazim Nikbin - Qoy məndə yox olum sən olmayan gün (Həyat Yoldaşıma ithaf edirəm)
Sakura

Mirkazim Nikbin - Qoy məndə yox olum sən olmayan gün

Eh necə anladım, necə vəsf edim,
Hissimi anlayıb dərk etmən üçün.
Necə deyim axı sənsiz bir heçəm,
Qoy məndə yox olum sən olmayan gün.

Nə səni çıxardi yolumun üstə?,
Ey gözü piyalə, dodağı püstə,
Mənə can deməmiş canımı istə,
Verim sevə sevə bitməmiş sözün.

Bizim görüşümüz İlahi istək,
Həm sənə, həm mənə aydındı gerçək,
Başqa çür döyünür sanki bu ürək,
Gözümə bir nəzər salanda gözün.

Düşünmə acizəm, qorxağam belə,
Hisslərim sözlərlə sığmayır dilə,
Gücümü nə ola ürəyin bilə,
Onda anlayarsan hər şeyi özün.

Mən bir ürək dostu, can yoldaşıyam,
Qoyma eşqdən məni uzaq yaşıyam,
Ayaq dəyməz yerin torpaq, daşıyam,
Yeri ürəyimə düşsün qoy izin.

Sən mənim dünyamın ayı, Günəşi,
Bu soyuq qəlbimin odu, atəşi,
Necə qəridəbir həyatın işi?,
Ruhum qanadlanır güləndə üzün.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Abdulla Şaiq ailəsi ilə, 1925-ci il...

Redaktor seçimi

SON XƏBƏRLƏR