Slimfit
  1. ƏDƏBİYYAT

Mirkazim Nikbin - Qəlbim qəm kədərdən hələ doymayıb

Mirkazim Nikbin - Qəlbim qəm kədərdən hələ doymayıb
Sakura

Mirkazim Nikbin - Qəlbim qəm kədərdən hələ doymayıb

Zaman keçir, illər ötür nə fayda?,
Hər gün bir xatirə bizə qalmasa.
İstər lap ömrünü keçir sarayda,
Yaşamaq əbəsdir məqsəd olmasa.

Həyatın ləzzəti sevincdi, qəmdi,
Bir gözü güləndə o biri nəmdi,
Ömür dayanmadan əriyən şəmdi,
Ölümsə hər şeyin yekunu, cəmdi.

Çoxları anlamır həyat sınaqdı?,
Onlar üçün hər nə varsa burda var.
Ömür gerçəklikdən çox-çox uzaqdı,
Çalış bu yuxuda doğrunu axtar.

Aləm maraqlıdı, təbiət zəngin,
İnsanı özünə valeh eyləyir.
Hər kəs bu dünyada köçgün, didərgin,
Bilənlər əməlin saleh eyləyir.

Şərab içməsəmdə sərxoş kimiyəm,
Düşünmək halımda bir hal qoymayıb.
Fikrim bulanandan naxoş kimiyəm,
Qəlbim qəm kədərdən hələ doymayıb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dişləri yumaq üçün 1 noxud miqdarında diş pastası kifayətdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR