Slimfit
  1. ƏDƏBİYYAT

Mirkazim Nikbin - Qalacaq

Mirkazim Nikbin - Qalacaq
Sakura

Mirkazim Nikbin - Qalacaq

Ömür qısa, dünya fani, biz qonaq,
Son gündə bizlərə ölmək qalacaq.
Ah-nalə etməyə dəyməz dünyada,
Ömürdən insana gülmək qalacaq.

Ağlama, ağlamaq nəyə gərəkdir?,
Ağlayan göz deyil, yazıq ürəkdir,
Dünyanı fırladan çərxi-fələkdi,
Bizə bu dübyanı ölçmək qalacaq.

Üzünüzdən sevinc əskik olmasın,
Murazlar gözlərdə qalıb solmasın,
Tale əlimizdən şadlıq almasın,
Çünki son işimiz köçmək olacaq.

İnsanlar aləmi gəlin şad edək,
Axirət gününü daim yad edək,
Gülərək güldürək biz abad edək,
Sonda haqq körpüsen keçmək qalacaq.

Biz quluq, Allaha edirik xidmət,
O yazır hamiya bir tale, qismət,
Dünya yalandırsa, odur həqiqət,
Yalanlar yox olub gerçək qalacaq.

Baxıram dünyaya diqqətlə, heyhat,
Niyə qəribədir bu qədər həyat,
Ağlayan bir qat sevinir bir qat,
Həyatın sirrləri daş tək qalacaq.

Dünyada gizli bir böyük qüvvə var,
Bu qüvvə əllərdən alır ixtiyar,
Məhəbbət dünyadan ayrı şən diyar,
Yaşanan günlərdə sevmək qalacaq.

Həyat olanları atmaz bir küncə,
Bəzi duyğular var incədən-incə,
Xatirə dəftəri vərəqləndikcə,
Onları yan-yana düzmək qalacaq.

Görəsən bəs nə vaxt güləcək cahan,
Bunu heç kim bilmir qalıbdır pünhan,
Mirkazim həmin gün gəldiyi zaman,
Səadət gölündə üzmək qalacaq.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

General Əliağa Şıxlinski Molla Vəli Vidadinin nəticəsidir.

Redaktor seçimi

SON XƏBƏRLƏR