Dərc edildi: Baxış sayı: 566
Mirkazim Nikbin - Özünü tanıya bilmisənmi sən?
Bir dostum soruşdu dünən görüşdə,
Özünü tanıya bilmisənmi sən?
Bu sual qəflətdən oyatdı məni,
Dedim gizlindirsə, aşkara əhsən.
Məntiqim bu dəni qəlbə becərdi,
Şumdan inam deyil, şübhə cücərdi,
Bulandı ruhumun durulan dərdi,
Anladım özümü aldatmışam mən.
Demə yad fikirlə formalaşmışam,
Doğmalar dəyişib məni hər axşam,
Demə özüm deyil özgə olmuşam,
Anladım özüməm özümə düşmən.
Baxdım yaşadığım keçmiş hər ilə,
Gördüm bir əməyim gəlməyir dilə,
Dedim fürsət ola, dəyişə bilə,
Səhvlərin çoxları düzəldər hökmən.
Nikbin bəşər üçün bil ən çətin iş,
Özünü tanıma, özünü təftiş.
Zamanın qəbrin bil, eyləmə bəxşiş,
Heç kəs bu dünyaya gəlməz yenidən.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət