Slimfit
  1. ƏDƏBİYYAT

Mirkazim Nikbin - Ölüm bizə hamidir

Mirkazim Nikbin - Ölüm bizə hamidir
Sakura

Mirkazim Nikbin - Ölüm bizə hamidir

Həyat necə nankor, necə vəfasız,
İnsanın ölümü necə anidir.
Bu gün görüşdüyün sabah ölürsə,
Bəlkə buna görə dünya fanidir.

Əcəl yaşa baxmır canı alanda,
İnsanın könlünə həsrət salanda,
Köçürsən dünyadan vaxtın dolanda,
Əcəl rəhm eyləməz qəddar canidir.

İnsan doğulan gün ölümə ağlar,
Çünki gözlər onu ölümlü çağlar,
Ölüm gözlənilməz qapılar bağlar,
Dünyaya gələmdən bizə hamidir.

Bəs onda ehtiyyat edirik nədən?,
Biz kimdən çəkinib, qorxuruq kimdən?,
Yəqin ki, insan qorxur ölümdən,
Əzəldən insana ölüm asidir.

Ömür mənim üçün yaşanan saat,
Keçməyən bir anı saymaram həyat,
Qorxmuram ölümdən, ummuram nicat,
Doğum tək ölümdə, mənə adidir.

Yaşamaq çətindir, bu həyat əclaf,
İnsanlar naxələf, qalmayıb insaf,
Bezmişəm dünyadan, budur etiraf,
Ölüm yaşamaqdan inan alidir.

Mirkaziməm mübarizəm cahanda,
İztirab çəkərəm daim pünhanda,
Əgər qorxu hissi yoxsa insanda,
Demək ki, o insan daha dahidir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş ilk 11 nəfərdən biri rus əsilli Yuri Petroviç Kovalyovdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR