Slimfit
  1. ƏDƏBİYYAT

Mirkazim Nikbin - Nə olar yenidən gələ məhəbbət

Mirkazim Nikbin - Nə olar yenidən gələ məhəbbət
Sakura

Mirkazim Nikbin - Nə olar yenidən gələ məhəbbət

Məndən addım-addım uzaqlaşırsan,
Qoşulub gedirsən yelə, məhəbbət.
Bilirəm mən kobud davrandım ona,
Öyrənib mehriban ələ məhəbbət.

Qələmin yazmağa qüdrəti qalmır,
Daha saf sevgidən o ilham almır,
Şirin xəyallara boylanıb dalmır,
İnsanı sındırır belə məhəbbət.

Qorxmazdım əvvəllər heç vaxt, heç kimdən,
Daha mən qorxuram öz pak sevgimdən,
Xəyanət yanğısı qalxır səsimdən,
Bənzəyir ən incə telə məhəbbət.

İnsanı bilmədən qafil ovlayır,
Yanan ürəkləri odla sulayır,
Bəzisi pak eşqi ehtiras sayır,
Dönür çaylardakı selə məhəbbət.

Alçalır sevginin böyük hörməti,
Azalır dünyada şanı-şöhrəti,
Sevib sevilməyin itib qüdrəti,
Bəlkə lazım deyil elə məhəbbət?.

Sevgi bir duyğudu cavanlığa xas,
O bizə hər zaman eyləyir təmas,
Ürəyin sözünə indi qulaq as,
Cavanlıq bağında tələ məhəbbət.

Mirkazim deyəsən ürəyin yanır,
Həyat arzuların, diləyin yanır,
Düşünən kamalın, gərəyin yanır,
Nə olar yenidən gələ məhəbbət.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncənin keçmiş Sabir küçəsindən görüntü. 19-cu əsrin arxivindən fotosənəd.

Redaktor seçimi

SON XƏBƏRLƏR