Slimfit
  1. ƏDƏBİYYAT

Mirkazim Nikbin - Məni yuxularda axtarasanmı?

Mirkazim Nikbin - Məni yuxularda axtarasanmı?
Sakura

Mirkazim Nikbin - Məni yuxularda axtarasanmı?

Yolumu gözləyən şəxslər içində,
Söylə ay sevgilim səndə varsanmı?.
Yoxsa unutmusan məni təməlli,
Yoxsa əvvəlki tək mənə yarsanmı?.

Bilirəm qovuşmaq artıq xəyaldı,
O sevdalı günlər arxada qaldı,
Bu ürək meylini tək sənə saldı,
Eşqimi geriyə qaytararsanmı?.

Daha bir mənası yoxdur ey nigar,
Yolumu gözləyib çəksən intizar,
Daha səndən mənə ola bilməz yar,
Həsrətli sevgiylə yaşayarsanmı?.

Mənə hər şey bitdi dediyin o gün,
Dünya gözlərimdə çökdü büs bütün,
Rədd edib sevgimi, söylədin özün: -
Məni əbədilik unudarsanmı?.

Məni xatırladıb o yol, o küçə,
Sıxacaqdır səni hər gün, hər gecə,
Sən bir saf sevgini döndərdin heçə,
Bid də belə sevgi de taparsanmı?.

Qara qışa döndü al-əlvan yazım,
Ümüdsüz yaşamaq de kimə lazım,
Bir gün eşitsən ki ölüb Mirkazim,
Gizlicə ağlayıb yas tutarsanmı?,
Məni yuxularda axtarasanmı?.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qaçaq Nəbinin çəkilmiş yeganə şəkli, 1895-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR