Slimfit
  1. ƏDƏBİYYAT

Mirkazim Nikbin - Mən kimdən küsüm

Mirkazim Nikbin - Mən kimdən küsüm
Sakura

Mirkazim Nikbin - Mən kimdən küsüm

Nə qədər çətinmiş böyüklük etmək,
Dərdim imkan vermir ruhuma, susum.
Bir kömək ummuram əzizlərimdən,
Mən kimdən inciyim, mən kimdən küsüm.

Daşıya bilmirəm bu yükü daha,
Etiraz olmasın sözüm Allaha,
Ya mənə səbr ver, ya sal günaha,
Yolumu itirib çaşmışam özüm.

Bilirəm üstümdə ah var, nalə var,
Çox qəlblər qırmışam etmirəm inkar,
Sən mənə dayaq ol ey Pərvərdigar,
Hər zaman düz görüb, doğru yol tutum.

Əlimdən nə gəlir belədir yazı,
Bunada min şükür, olmam narazı,
İlahi bilirsən görəndə azı,
Çoxa həsəd çəkib, axtarmaz gözüm.

Bir boşluq içində azıb qalmışam,
Fikrimdə qəbrimi qazıb qalmışam,
Həyatdan, özümdən bezib qalmışam,
Nə üçün yaşayım, qalıbmı lüzum.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məcburi köçə məruz qalan Bolqar Türklərinin qatardan çıxış anı 1989-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR