Slimfit
  1. ƏDƏBİYYAT

Mirkazim Nikbin - Mən

Mirkazim Nikbin - Mən
Sakura

Mirkazim Nikbin - Mən

Kam almayıb bu həyatdan 
Uşaqlıqdan qocaldım mən.
Nə yaşadım, nə də öldüm,
Ortalıqda tək qaldım mən.

Xəyal dolu, fikrim boşdu,
Ruhum sağlam, can naxoşdu,
Doğuşdan ağlım sərxoşdu,
Ayıldıqca ucaldım mən.

Düşüb eşqin sorağına,
Çatdım sədaqət bağına,
Gördüm qar yağmış ağına,
Ağlarında qaraldım mən.

Eh çəkdim cavan görəndə,
Dərdsiz danış güləndə,
Günahsız uşaq öləndə,
Öz gözümdə alçaldım mən.

Hər düzü bildim özümdən,
Səhvləri saldım gözümdən,
Öz odumdan, öz közümdən,
Yandıqca yara aldım mən.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağdam, Azərbaycan, 1993-cü il. Qız güllə və bomba partlayışı səslərini eşitməmək üçün qulaqlarını tutub.

Redaktor seçimi

SON XƏBƏRLƏR