Slimfit
  1. ƏDƏBİYYAT

Mirkazim Nikbin - Kasıb

Mirkazim Nikbin - Kasıb
Sakura

Mirkazim Nikbin - Kasıb

Qismətindir bu sənin onunla barışmalısan,
Nə qədər çalışsanda əlin yetməz vara Kasıb.
Əzabda əziyyətdə yoğrulub, alışmalısan,
Ağ günü ümüdiylə yaşa günü qara Kasıb.

İşləyib qarışqa tək nə qış bilərsən, nə bahar,
Yeyərsən tapdığını, sənin üçün nə şam, nə nahar,
Bəxtinin qıfılına tapılmaz düşən bir açar,
Yoxdu sənin dərdinə bir əlac, bir cara Kasıb.

Qazanıb qane olarsan bir qarınlıq çörəyə,
Ətrafa nəzər salıb, yığarsan dərd qəm ürəyə,
Haqqını verməyənə gücün çatmaz söz deməyə,
Dar günə düşəndə sən gəlməz heç kim kara Kasıb.

Səhər tezdən oyanıb, gecə fikirlə yatarsan,
Sən bütün arzulara ancaq yuxuda çatarsan,
Ayılıb xoş röyadan, kor ehtiyyacdan qaçarsan,
Bilməzsən bu dünyadan yollanasan hara Kasıb.

Sanma ki, varlıların bu həyatda yox qəhəri,
Dərd çəkir cəmiyyətin həm şahı, həm də nökəri,
Aləmin mülki malı beş günlükdü, bil ötəri,
Mirkazımdan məsləhət vurma qəlbə yara Kasıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynəlabdin Tağıyevin dəstəyi ilə təşkil olunan qızlar məktəbi, Bakı

Redaktor seçimi

SON XƏBƏRLƏR