Slimfit
  1. ƏDƏBİYYAT

Mirkazim Nikbin - İstərəm

Mirkazim Nikbin - İstərəm
Sakura

Mirkazim Nikbin - İstərəm

Gözümün önündən hər gün min gözəl keçir,
Yoxdur onlarda gözüm, səni görmək istərəm.
Gəl könlümə sahib ol, illər ömürdən gedir,
Saçlarını əlimlə daim hörmək istərəm.

Gözüm axtarır səni hər tində, hər dalanda,
Qəlbim səsləyir səni hər gecə tək qalanda,
Könlümün tək sahibi səni yada salanda,
Ey gözəlim hardasan?, ora gəlmək istərəm.

Səslənirəm səhər axşam sözüm çatsın o yara,
Alıb məndən könlümü nə durmusan kənara?,
Qıyma sevən ürəyə, gizlənmə çıx aşkara,
Eşq bağında səninlə birgə gəzmək istərəm.

Dərdə, qəmdə, kədərdə yaşamaqdan yoruldum,
Vüsalına deyil mən, həsrətinə vuruldum,
Məhəbbət atəşinə atdın məni qovruldum,
Ağlamaqdan bezmişəm, indi gülmək istərəm.

Gəl bu qəmli könlümü abad eylə, şad eylə,
Bu sevgimi unutma yaşat onu, yad eylə,
Mən sənin dustağınam, qəlbimi azad eylə,
Bu həyatı səninlə yarı bölmək istərəm.

Sevirəm indiyəcən, sevilirəmmi görən?,
Söylə neyləsin axı bu başsız qalmış bədən?,
Zalım yarım nə olar məni düşünsən hərdən,
Zülm edirsən canıma, niyə?, bilmək istərəm.

Mənə sən ümüd versən iynənin ucu qədər,
Bilərəm ki, bu sevgim, bu eşqim deyil hədər,
Uzaq olar qəlbimdən can üzücü qəm-kədər,
O andan ölənədək səni sevmək istərəm.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şirvan Bico xalçası, Kanada Tekstil Muzeyinde saxlanılır.

Redaktor seçimi

SON XƏBƏRLƏR