Slimfit
  1. ƏDƏBİYYAT

Mirkazim Nikbin - İnsanlar

Mirkazim Nikbin - İnsanlar
Sakura

Mirkazim Nikbin - İnsanlar

İnsanlar dözümlü, insanlar mətin,
Onları tanımaq çətindən çətin.
Kimisi xeyirdi, kimisidə şər,
Onları qoynunda bəsləyir bəşər.
İnsanı yaşadar ümüd, iradə,
Ömür şərab dolu içilən badə.
Dünyanın hər işi bir an içində,
Dərdlərə dərmanlar zaman içində.
Aləmdə ən sadə çiçəkdi, güldü,
O, da özlüyündə bil ki, müşküldü,
İnsanı tanıdan sözdü, söhbətdi.
İnsanlar cahanla birgə, vəhdətdi,
Hamımız doğmayıq, hamımız yaxın,
Döyünən qəlbiyik biz bu həyatın.
Yaxşılar, yamanlar əyrilər, düzlər,
Hər kəsdən qalacaq dünyada izlər.
Bəzi insanlar var özgəsi qalsın,
Çətin ki, özünü o tam anlasın,
Bəzi insanlar var qorxutmur onu,
Nə fələyin işi, nə ömrün sonu.
İnsanlar müxtəlif, insan qəribə,
Onlar qulluq edir eyni mətləbə.
İnsanlar güllərdən çələng kimidir,
Min çaları olan bir rəng kimidir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyev. Bakı, XX əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR