Slimfit
  1. ƏDƏBİYYAT

Mirkazim Nikbin - İllər...

Mirkazim Nikbin - İllər...
Sakura

Mirkazim Nikbin - İllər...

İllər quş qanadlı bir ata bənzər,
Həm qaçır, həm uçur, saxlamaq olmur.
İllər sürətlidir bil işıq qədər,
Gəlib ötür keçir heç tutmaq olmur.

Sabah bugün olur, bugünsə dünən,
Hər gün yaşlanırıq, qocalırıq biz.
Zamanın qədrin bil, durmadan öyrən,
Yaşayıb yaradıb, ucalırıq biz.

Günlər, aylar keçir, fəsil dəyişir,
İnsan qocaldığın etiraf edir.
Dünya fırlandıqca nəsil dəyişir,
Yeni düşüncələr inkişaf edir.

İllər qovuşduran, illər ayıran,
Yadlar doğma olur, doğma yad olur.
İllər sevindirən, illər ağladan,
Bəzən qəmli olur bəzən şad olur.

İllər yaşandıqca yaddaşa köçür,
Yeni xatirələr mənbəyi olur.
Maraqlı ömürdən illər tez ötür,
Bir anda açılır, bir anda solur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyev. Bakı, XX əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR