Slimfit
  1. ƏDƏBİYYAT

Mirkazim Nikbin - Həyat mənə tamaşa.

Mirkazim Nikbin - Həyat mənə tamaşa.
Sakura

Mirkazim Nikbin - Həyat mənə tamaşa.

Bir gün gələcək ki, işiqlı dünya,
Mənim gözlərimdə zülmət olacaq.
Ölüb köçəcəyəm mən də aləmdən,
Mənə qalan ancaq hörmət olacaq.

Bəs görən nə üçün yaranmışam mən?,
Hansı tapşırıqdı mənə verilən?,
Ölənlərin işlərin qurtarır görən?,
Yaşadığın həyat qismət olacaq.

Nə çoxdu dünyada çətin suallar,
Qafillər dünyadan söylə nə anlar,
Hər yeni insanlar, yeni amallar,
Istiqamət verən niyyət olacaq.

Mən fikrə dalıram uzun-uzadı,
Niyə yaşamaqdan ölüm ucadı,
Doyunca dünyada de kim yaşadı,
Ürəklərə yara həsrət olacaq.

Insanlar gəlibdir qonaq cahana,
Bəs niyə doğmadır dünya insana?,
Bir gün köçəcəyik başqa bir yana,
Bu dünya bizlərə qürbət olacaq.

Ölümlü dünyada de nədən qorxaq,
Çəkinmə heç nədən yaşa ey qoçaq,
Igidlərin üzün örtsədə torpaq,
Onları yaşadan millət olacaq.

Mirkaziməm həyat mənə tamaşa,
Rolunu ifa et, vurginən başa,
Sərbəst ol quş kimi, sən azad yaşa,
Öləndə hədiyyən cənnət olacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1921-ci ilin avqust ayında İraqın ilk Kralı I Feysəlin taxta çıxma mərasimi. Ətrafında iraqlılar yox, ingilislər var ...

Redaktor seçimi

SON XƏBƏRLƏR