Slimfit
  1. ƏDƏBİYYAT

Mirkazim Nikbin - Gördüm...

Mirkazim Nikbin - Gördüm...
Sakura

Mirkazim Nikbin - Gördüm...

Yazıram gördüyümü, yazıram duyduğumu,
Hisslərimlə yaşayıb, könlümə uyduğumu,
Fələk gör nələr sayır, bilməyir saydığımı,
İgidləri ağlayan, namərdləri şən gördüm,
Haqqlarla nahaqqları yaşadıqca mən gördüm.

Bir an baxdım dünyaya, baxdım keçdiyi dərsə,
Hər işi, hər əməli gördüm düz deyil tərsə,
Bu gedişlə qardaşım çıxmaz heç nə düz ərsə,
Zəhmətkeşin barına harınları tən gördüm,
Bülbülü viranədə qanqala ötən gördüm.

Ərənlər körpü salıb, namərdlərə yol açdı,
Həqiqətlər kölgədə, yalanlar şölə saçdı,
İgidlər iş görəndə, müxənnət isdən qaçdı,
Yaxşıları dünyada çox dərdli gəzən gördüm,
Güclülər zəifləri tapdayıb əzən gördüm.

Oğrular azad gəzib, doğrular dustaq oldu,
İnsan yaddan yapışıb, doğmadan uzaq oldu,
Ara vuran dil-dodaq bir yala yaltaq oldu,
Küləkləri hər səmtə, hər yönə əsən gördüm,
Qardaş qardaş başını pul üstə kəsən gördüm.

Nakişilər namusdan danışıb yorulmadı,
Bulandıqca bulandı sular heç durulmadı,
Şər söyləyən ağızlar xeyirlə yumulmadı,
Bircə anda hörməti nifrətə dönən gördüm,
Parlayan ulduzları sayrışıb sönən gördüm.

İllərin xəstələri ölməyib yaşadılar,
Sağlam, gənc insanları məzara daşıdılar,
Həyat, ömür deyərək dünyanı qaşıdılar,
Xəstələri yaşayan, sağlamı ölən gördüm,
Doğulanı ağlayan, öləni gülən gördüm.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Süleyman Rüstəmin bacısı yazıçı Cəlal Bərgüşadın həyat yoldaşı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR