Slimfit
  1. ƏDƏBİYYAT

Mirkazim Nikbin - Gəzirəm

Mirkazim Nikbin - Gəzirəm
Sakura

Mirkazim Nikbin - Gəzirəm

Gözü kölgəlisən mənim yanımda,
Sevgilim mən səndən uzaq gəzirəm.
Köhnə yuvasından köçmüş quş kimi,
İndi mən qonmağa budaq gəzirəm.

Səni sevməyirəm dandım dilimdə,
Od tutub alışdım bil öz sevgimdə,
Mən öz vətənimdə, mən öz elimdə,
Ala gözlərindən qaçaq gəzirəm.

Həsrətdən uşaq tək gizli ağlaram,
Küləkli dəniz tək coşub, cağlaram,
Bu nakam eşqimdən dastan bağlaram,
Donmuşam, qızmağa ocaq gəzirəm.

Ürəyim boğulur dərdə, kədərdə,
Ölüb cəsarətim, itib hünərdə,
Ürkək dolanıram, artıq şəhərdə,
Səndən gizlənməyə bucaq gəzirəm.

Hicrandan gözümdə dalğalanır yaş,
Əlvida demişəm sevginə bir baş,
Daha unut məni sən yavaş-yavaş,
Səvirəm deyəcək dodaq gəzirəm.

Diqqətlə baxdıqca mən sənə ey yar,
Yaxudda sən mənə ey nigar, 
Əlimdən alınır sanki ixtiyar,
Cazibəndən kənar torpaq gəzirəm.

Çox sevgi, məhəbbət görüb zəmanə,
Məhəbbət heç zaman gəlməz gümanə,
Sən yozma hər işi, etmə bəhanə,
Könlüm qəfəsdədir, yasaq gəzirəm.

Vaxtsız xəzan vurdu soldum-saraldım,
Yaşıl bağlarımda qaldım qaraldım,
Şam təki əridim, yandım, azaldım,
Könlümdə solmamış yarpaq gəzirəm.

Köksümdə döyünən, çarpan ürəksən,
Sən tərəfsiz əsən dəli küləksən,
İndi mənə deyil elə gərəksən,
Qaranlıq qəlbimə cıraq gəzirəm.

Yaddan cıxarmaram o ilk təması,
Mən səni sevmişdim sözün qısası,
Yox oldu əynimdən sevgi libası,
Hisslərim puç oldu çılpaq gəzirəm.

Hər zaman qəlbimdə qalacaq bu iz,
Hər zaman fikrimdə sevgiliyik biz,
Xalqa müəmmalı qaldı sevgimiz,
Dillərdən eşqimdən soraq gəzirəm.

Yalandı verdiyin o vədlər, sözlər,
Xəyanət eylədi mənə o gözlər,
Mirkazim üzünə gülür çox üzlər,
Dərdlərimə şərik ortaq gəzirəm.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanların nəfəs aldığı havanın cəmi 20%-ni oksigen təşkil edir

Redaktor seçimi

SON XƏBƏRLƏR