Slimfit
  1. ƏDƏBİYYAT

Mirkazim Nikbin - Eşq kimə qaldı?

Mirkazim Nikbin - Eşq kimə qaldı?
Sakura

Mirkazim Nikbin - Eşq kimə qaldı?

Sevdim sevilmədim mən bu dünyada,
Məhəbbət yanğısı sinəmdə qaldı.
Olmadım sevəndən şən bu dünyada,
Ürəyim təftişdə, hey qəmdə qaldı.

Sən məni tərk etdin uydun yadalara,
Səadət quşumuz qəfəsdə qaldı.
Uydun zər zinətli, pullu adlara,
Nakam məhəbbətim həvəsdə qaldı.

Gündüzün hicranı bir yana qalsın,
Gecələr fikrimdən yata bilmədim.
O saf məhəbbətim cahana qalsın,
Yerini özgəyə sata bilmədim.

Həsrətindən uzaq yer tapa bilsəm,
Ora qaçacağam ora durmadan.
Bilsəm unudaram sevgini ölsəm,
Gora qaçacağam gora durmadan.

Səni unutmaqçün ey nigar gərək,
Sinəmdə ürək yox, daş olmalıydı.
Sən sevən qəlbimi qoydun indi tək,
Eşqimiz əbədi, pak qalmalıydı.

Ayrıldıq yolların ayrıcında biz,
Mən atdım, Sən atdın, Eşq kimə qaldı?
Sevən ürəyimdə sevgi saldı iz,
Xatirə xəyalda bir tikə qaldı.

Ayrıldıq vüsalın astanasında,
Biz kama çatmadıq, eşq yalan oldu.
Qalmışdıq od ilə su arasında,
Görən kim boğulan, kim yanan oldu?.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Zamanın qapısı"

Redaktor seçimi

SON XƏBƏRLƏR