Slimfit
  1. ƏDƏBİYYAT

Mirkazim Nikbin - Əlvida !!!

Mirkazim Nikbin - Əlvida !!!
Sakura

Mirkazim Nikbin - Əlvida !!!

Sevgilim alnından, gözündən öpüb,
Səndən ayrılıram, yarım əlvida.
Son baxış, son görüş yadımdan çıxmaz,
Ömrümdəki ilk baharım əlvida.

Sən sevgi bağımda bitən çiçəksən,
Mən sənə, sən mənə daim gərəksən,
Məndən ötrü sən hamıdan göyçəksən,
Ayrılıqda günahkarım əlvida.

Mənə məndən yaxın sən idin inan,
Sənsən mənim üçün yeganə canan,
Səni sevəcəyəm hər zaman, hər an,
Əldən gedən ixtiyarım əlvida.

Səninlə duymuşdum eşqin dadını,
Çox doğma bilirdim sənin adını,
Eşitmək istərəm mən fəryadını,
Sevgidəki ilk nübarım əlvida.

Sənlə xəyallarda söhbət edirəm,
Özümə özümdən qeybət edirəm,
Artıq məhəbbətə nifrət edirəm,
Hey çəkdiyim intizarım əlvida.

Məndən sənə çox şey qaldı xatirə,
Məhəbbətim dondu, daldı xatirə,
Aşiq könlüm səni saldı xatirə,
Dedi: - vəfasız nigarım əlvida.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşa, Qarabağı Könüllü Müdafiə Batalyonu - 1992-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR