Mirkazim Nikbin - Düşündükcə mən səni
Səni görəndən bəri dünyadakı hər şeyim,
Uçdu getdi əlimdən.
Səni sevəndən bəri qalmayıbdır heç nəyim
Sonumdan, əvvəlimdən.
Qarşıma çixan gündən dəyişibdir əhvalım,
Dəyişibdir güzarım.
Valehəm o gözlərə anlasana ay zalım,
Qəlbdə artıb azarım.
Eşitdikcə səsini mən düşürəm əfsuna,
Xoş sirrlər dünyasına.
Düşündükcə mən səni cevrilirəm Məcnuna,
Yatıb eşq röyasına.
Gecələr günəşimsən, gündüzlərdə ayımsan,
Niyə məndən qacırsan_?
Bircə bunu yəqin bil, mənim tale payımsan,
Ömrümə nur saçırsan.
Səni sevirəm dedim: - sözlərimi eşidib,
Susdun sakitcə durdun.
Susmağı necə yozum?, fikirlərə yoxdu dib,
Qəlbi qəmdə qovurdun.
Məni anla, məni duy qəlbinə qonaq eylə,
Özünə aşiq eylə.
Canan olub, canımı - həsrətdən uzaq eylə,
Eşqinin dəqiq eylə.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət