Dərc edildi: Baxış sayı: 774
Mirkazim Nikbin - Doğru
Dumanlar içində, çənlər içində,
Bir yol axtarıram düzlərə doğru.
Arxadan heç kimə bir daş dəyməsin,
Hər nə gəlir – gəlsin üzlərə doğru.
Həyatda düz yolu tapmaq çox çətin,
Hər yolun sonunda var aqibətin,
Ay dünya yox sənin yaxşı cəhətin,
Şərin addımlayır bizlərə doğru.
İnsanlar şeytana nişangah, hədəf,
O hər gün neçə Qəlb eyləyir tələf,
İblislə döyüşmək mənimçün şərəf,
Şər əllər uzanır gözlərə doğru.
Hər insan könlündə bir məqsəd, amal,
Çalış öz işində, sərrast ol, ucal,
Unutma heç nəyi, daim nəzər sal,
Keçmişdən bu günə izlərə doğru.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət