Dərc edildi: Baxış sayı: 905
Mirkazim Nikbin - Dəyərsiz dünya
Mən elə bilirdim bir dəyərin var,
Sən demə ay dünya dəyərin yoxmuş.
Cahan varlığını edirəm inkar,
Pünhanlar aşkardan min dəfə çoxmuş.
Bir vaxt sual verib özüm özümə,
Deyirdim dünyanın nədir dəyəri?.
Düzlük, haqq - ədalət dəymir gözümə,
Haqqsızlıq bürüyüb bütün bəşəri.
Bir vaxt düşünürdüm dünya mizandı,
Haqqsızlar haqqlını tapdaya bilməz.
Dünyada ədalət yoxdu yalandı,
Zəiflər güclünü adlaya bilməz.
Dünyanı dəyərə mindirdi insan,
Var olub öyrəndi, nəsə yaratdı.
İndi insanlarda bir heçdir inan,
Onlar Allahını mal-pula satdı.
Dünya dəyərsizsən bir zibil kimi,
Qaldıqca iylənib zay olacaqsan.
Fələk can alırsan bir qatil kimi,
Bir gün solmuş gülə tay olacaqsan.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət