Slimfit
  1. ƏDƏBİYYAT

Mirkazim Nikbin - Demək

Mirkazim Nikbin - Demək
Sakura

Mirkazim Nikbin - Demək

Yoxdursa dünyada candan yananın,
Axtar, tap, - tapmasan bitmisən demək.
Çalışıb vuruşub mal, pul qazanma,
Bu hissə qapılsan itmisən demək.

Səni sevənlərə sevgi verməsən,
Könlünlə danışıb, deyib, gülməsən,
Ehtiyac olanda kara gəlməsən,
Yerində dursanda getmisən demək.

Yanıram tüstüm yox, dumanım yoxdu,
Soyuq ocağımda qızınan çoxdu,
Gözüm ac olsada, bu könlüm toxdu,
Dünya məni səndən etmisən demək.

Xoşbəxtlik, əlində olanı bilmək,
Bədbəxtlik, olmayan şeylərə istək,
Mütləq olan nə var?, nisbidir gerçək,
Anlasan, elminlə bilmisən demək.

Dərdimə dərdlərim şərik, ortaqdı,
Ürək hünərlidi, gözüm qorxaqdı,
Demək ki, cismimdən ruhum uzaqdı,
Nikbin uzaqlardan gəlmisən demək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fotoqraf: Abdul-Qapur Dayak

Redaktor seçimi

SON XƏBƏRLƏR