Dərc edildi: Baxış sayı: 1663
Mirkazim Nikbin - Bu hiss
O hansı hissdir ki, həm sevinc, həm qəm,
Həm həyat, həm ölüm bəxş edir bizə.
Yaşayır, yaradır bəsləyir bizi,
Bənzəyir ləpəli, çoşqun dənizə.
Bu hiss həyat rəmzi, can cövhəridir,
Hisslər aləminin zinət zəridir,
Xanımlar xanımı, ərlər əridir,
Sözlərlə sığışmır o dilimizə.
Bu hissin bir adı, min ünvanı var,
Sığmır ürəklərə ürək ona dar,
Səni ələ alır o açıq aşkar,
Bu hissi yaşadan tez verir üzə.
Bu hissin adı bil, ulu məhəbbət,
Ona düçar olur tam bəşəriyyət,
Çalış ona heç vaxt etmə xəyanət
Çünki o, hakimdir qəlb evimizə.
Dünyanı məhəbbət xilas edəcək,
Xəyanət öləcək iflas edəcək,
Sevgi insanlara təmas edəcək,
Səadət bəxş edir o elimizə.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət