Dərc edildi: Baxış sayı: 650
Mirkazim Nikbin - Bu dünya malında görəsən nə var?
Hər xoş gün ömrünə gün calayırsa,
Hər pis gün ömürdən illər aparır.
İnsanı həyata nə bağlayırsa,
Sonunda bağları o da qoparır.
Qəflət yuxusundan tam ayılaraq,
Elə insan varmı doysun həyatdan?
Ömür meydanına tək atılaraq,
Kim duyur kədəri toydan, büsatdan?
Nə üçün əzizdir bizə yaşamaq,
Nəyinə bağlanıb, sevirik onu?
Məntiqə sığırmı günahkar olmaq?
Axı hamı bilir ölümdür sonu.
Bu dünya malında görəsən nə var?,
Dəyərli görünür insan gözünə.
Onu toplamağa nə edir vadar?,
Bilir qalmayacaq heç nə özünə.
Həyat səndən doyan, doydu özündən,
Torpağa qoyuldu, yerə qarışdı.
Hər kəsi yaşadar tarix izindən,
Gör neçə könüllər heçə alışdı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət